Bu gün daha 250 nəfər azərbaycanlı Xarkovdan təxliyyə olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Hazırda Ukraynanın qərbindəyik. İki qatarda 120 nəfər azərbaycanlı var”.
Bunu “Report”a açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.
Onun sözlərinə görə, qatar təxminən 5-6 saatdan sonra Lvov şəhərinə çatacaq: “Yol boyu problem olmayıb, sakitlik idi. Yarım saatdan sonra Xarkovdan növbəti təxliyyə olacaq. Bu dəfə də 250 nəfərə yaxın azərbaycanlı şəhəri tərk edəcək. Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşkilatçılığı ilə baş tutur. Danışmışıq, hazırda Xarkovda sakitlikdir. Ümumilikdə, son 3 gündə 400 nəfərə yaxın azərbaycanlı təxliyyə olunub. Amma hələ də təxliyyə olunmağı gözləyən kifayət qədər həmvətənimiz var. Onlar zirzəmilərə sığınıblar və təxliyyələri heç də asan deyil”.
S.Adıgözəlli bildirib ki, təxliyyə olunanların qatar biletini Azərbaycanın Xarkovdakı fəxri konsulluğu pulsuz təşkil edib: “Təxliyyə olunanlar Lvova, Polşaya çatandan sonra Azərbaycana göndəriləcəklər”.
Oxşar xəbərlər
“Samir saçımı ipə bağladı...” - Gözəlin başına gələn dəhşətli hadisə
Bakının Suraxanı rayonunda 2002-ci il təvəllüdlü Gözəl anası Lalənin üzünə sirkə turşusu ataraq ona xəsarət yetirib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər ver...