Bu da son: “Buz dövrü”nün dələsi 20 il sonra arzusuna çatdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Disney”in ötən il pandemiya səbəbilə fəaliyyətini dayandırdığı “Blue Sky Studios”un rəssamları “Buz dövrü”nün (“Ice Age”) “Skrat” adlı dələsinin 20 il arxasınca düşdüyü palıd qozasını nəhayət yediyi ilə bağlı video yayımlayıblar.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, “Son” (“The End”) adlı video “Blue Sky Studios” əməkdaşları tərəfindən studiya bağlanmazdan əvvəl “öz şərtləri ilə vida olaraq” hazırlanıb.
“Blue Sky Studios” koronavirus pandemiyası zamanı maliyyə çətinlikləri səbəbindən bağlanıb. ABŞ-ın animasiya studiyası “Buz dövrü” ilə yanaşı, “Rio”, “Titan A.E.” və “Robotlar” kimi cizgi seriyaları ilə tanınır. Studiyanın ən son layihəsi isə “Ice Age: Scrat Tales” qısametrajlı filmi olub.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...