Bu da oldu... - "Sosial eksperiment" keçirmək adı ilə dələduzluq etdilər
Abşeronda "sosial eksperiment" keçirmək adını ilə dələduzluqda ittiham olunan şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu ərazisində bir nəfər üzləşdiyi qeyri-adi dələduzluq hadisəsi ilə bağlı polisə müraciət edib.
Zərərçəkən bildirib ki, naməlum şəxs Xırdalan şəhərində ona yaxınlaşaraq ehtiyacı olduğu üçün ondan 1 manat istəyib. Pulu verdikdən sonra isə zərərçəkənin cibində xeyli miqdarda maddi vəsait olduğunu görən həmin şəxs sosial eksperiment apardıqlarını bildirib. O, veriliş üçün bir qədər də pul lazım olduğunu və çəkilişdən sonra geri qaytaracağını deyib. Bu yolla zərərçəkənin 1350 manatını alaraq ələ keçirib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı Elvin Mehdiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Avtomobil kanala aşdı: İkisi azyaşlı olmaqla dörd nəfərin XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Beyləqanda avtomobil su kanalına düşüb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Beyləqan...