Bu binadakı sakinlər qorxu içindədir - Evləri hər an başlarına uça bilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda yataqxanada uçqun olub.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin 15-ci məhəllə ərazisində 16 saylı yataqxanada qeydə alınıb.
Sakinlər deyirlər ki, yataqxana ara-sıra uçqunlar olur. Bu dəfə baş verən hadisə isə sakinləri əməllicə qorxuya salıb. Uçqundan sonra aidiyyəti qurumlara məlumat versələr də, hələ ki, bir tədbir görən olmayıb.
Hadisə ilə bağlı əraziyə cavabdeh olan 22 saylı Mənzil İstismar Sahəsi ilə əlaqə saxlamağa çalışsaq da, sahə rəisini iş yerində tapa bilmədik.
Sumqayıt şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, məsələdən xəbərləri var və problemin qısa vaxt ərzində aradan qaldırılması istiqamətində tədbirlər görüləcək.
Oxşar xəbərlər
Bakıda 100-dən çox bina SÖKÜLƏCƏK - SİYAHI - FOTO - VİDEO
Səbail rayonu, Badamdar qəsəbəsində baş verən, 14 yaşlı yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə bir daha Bakıda qəzalı binaların hər an ölüm təhlükəsi...