Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı

Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Hadisə 92

Rusiya Federasiyasının Mordoviya Respublikasında Azərbaycan vətəndaşı ölkədən zorla çıxarılıb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, ötən il onun milli təhlükəsizliyə təhdid yaradan hərəkətlərə yol verməsi müəyyən edilib. Bu, həm də Rusiya vətəndaşlığına xitam verilməsi üçün əsas olub.

Nəticədə həmin şəxsin Rusiya və beynəlxalq pasportu müsadirə edilib. Həmçinin ölkəyə girişə icazə verilməməsinə qərar verilib.

Lakin azərbaycanlı müəyyən olunmuş müddətdə Rusiyanı tərk etməyib. Onun barəsində protokol tərtib edilib. Məhkəmə qərarı ilə həmin şəxs əcnəbilər üçün xüsusi müəssisəyə yerləşdirilib və ölkədən çıxarılıb.

Son xəbərlər