Britaniya nazirinin evinə od vuruldu – bir nəfər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Britaniya nazirinin evinə od vuruldu.
BAKU.WS xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmerin evinə və digər mülklərinə qarşı qəsdən yanğın törətmə hadisəsi baş verib.
21 yaşlı bir şəxs "həyatı təhlükəyə atmaq məqsədilə yanğın törətmək" ittihamı ilə saxlanılıb.
İlk yanğın 8 mayda Baş nazirin evinin yaxınlığında park edilmiş avtomobilin alışdırılması ilə başlayıb. Ardınca 11 və 12 may tarixlərində Baş nazirə bağlı iki ünvanda giriş qapılarına yanğın törədilib.
Metropolitan Polisi hadisələr arasında əlaqə və şübhəlinin motivasiyasını araşdırır.
Baş nazir Keir Starmer hadisəni pisləyərək, yanğınsöndürənlərə və polisə təşəkkür edib: "Demokratik cəmiyyətlərdə zorakılığa yer yoxdur," – deyə bildirib.
Mütəxəssislər isə siyasətçilərə qarşı artan təhdidlər fonunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayır.
Oxşar xəbərlər
Bakıda 13 yaşlı qız bıçaqlandı
Bakıda 13 yaşlı qız bıçaqlanıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Rayon sakini, 2013-cü i...