İbrahim Nehrəmlinin şirkəti məhkəməyə verildi - Təzminatın məbləği açıqlanmır

17
sen
2018
11:26
"AAC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) "Avesta Konserni” MMC-ni məhkəməyə verib.BAKU.WS report-a istinadən xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "AAC” pul barədə tələb irəli sürüb.Tələb olunan pulun məbləği açıqlanmır.Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan "Avesta Konserni” MMC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib.Xatırladaq ki, çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olan "Avesta Konserni”nin sahibi Hacı İbrahim Nehrəmlidir (İbrahimov)."Synergy Group” ASC-nin təsis etdiyi "AAC” MMC Azərbaycanda və Cənubi Qafqazda "Gobustone” brend adı ilə məsaməli qazobeton blokların istehsalçısıdır.BAKU.WS
Oxşar xəbərlər
İran bankı Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
“Bank Melli İran”ın Bakı filialı Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.“Report”un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət e...
