Borcu olan qadın özünü çaya atmaq istədi
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən 37 yaşlı qadın Mingəçevir şəhəri ərazisində Kür çayının üzərində olan körpüdən özünü suya atmaq istəyib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, qadının intihara cəhd etməsinə səbəb kimi onun banka borcunun olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov qadının intihara cəhd etdiyini təsdiqləyib:
“Oktyabrın 28-də Mingəçevir şəhər sakini olan qadın özünü Kür çayına atmaq istəyib. Ərazidə xidmət aparan şəhər polis şöbəsi və mühafizə polisinin əməkdaşları onunla psixoloji söhbətlər apararaq bu cəhdinin qarşısını alıblar”.
“Məsələ ilə əlaqədar Mingəçevir ŞPŞ-də aparılmış ilkin araşdırmadan sonra toplanmış materiallar şəhər prokurorluğuna göndəriləcək”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...