Biznesmen aliment ödəməmək üçün 8 yaşlı qızına killer tutdu
05
fev
2016
19:09
Qazaxıstanlı iş adamı aliment ödəməmək üçün qızını öldürmək istəyib.
BAKU.WS məlumat verir ki, həyat yoldaşından ayrıldıqdan sonra 8 yaşlı qızını öldürməsi üçün killer tutub. Hüquq-mühafizə orqanlarının vaxtında müdalixəsi nəticəsində killer biznesmenin arzusunu yerinə yetirə bilməyib.
İş adamı polislər tərəfindən saxlanılaraq həbs edilib. Biznesmenin öldürmək istədiyi ailəsi isə polis nəzarəti altında saxlanılır.
Məlumatda bildirilir ki, iş adamı killerə bu işi görməsi üçün 5 min dollar pul ödəyib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda ər həyat yoldaşı üçün killer tutdu: 2 min manata
Bakıda sifarişli qətl törədilib. BAKU.WS-in məlumatına görə, Sabunçu rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Qəs...