Bir piyadanı iki avtomobil vurub - FOTO

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, şəhərin M.Hüseynzadə küçəsində hərəkət edən "Mercedes" markalı sərnişin mikroavtobusu yolu keçən piyadanı, Göyçay şəhər sakini, 1998-ci il təvəllüdlü Rəsulov Nicat Elbrus oğlunu vuraraq hərəkətdə olan "Toyota Prado" markalı avtomobilin qarşısına atıb. Həmin avtomobil onun ayağının üstündən keçib.
Göyçay Elektrik Şəbəkəsinin əməkdaşı olan Nicat Rəsulov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli hadisə: Ata oğlunun kiçik toyunda öldürüldü
Yevlax rayonunda qohumunu qətlə yetirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Murad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “demokrat....
