Meyiti tapılan şəxs bir müddət əvvəl Nazirlikdəki işindən ayrılıbmış - FOTO/YENİLƏNİB

Meyiti tapılan şəxs bir müddət əvvəl Nazirlikdəki işindən ayrılıbmış - FOTO/YENİLƏNİB
Hadisə 713

Qusarda meyiti tapılan 43 yaşlı Ramik Əhmədovla bağlı bəzui detallar məlum olub.

BAKU.WS-in məlumatına görə, 1981-ci il təvəllüdlü Əhmədov Ramiq Radik oğlu əvvəllər Fövqəladə Hallar Nazirliyində çalışıb və öz arzusu əsasında vəzifəsindən azad olunub.

***11.29

Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb.

"Qafqazinfo" xəbər verir ki, R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.

Ramik Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər