Bir aydır bağlı olan yoldakı 2 metrlik çuxur nə vaxt təmir olunacaq?
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Xaçmazın İstisu qəsəbəsindən keçən yoldakı çuxura avtomobil düşüb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi zərər dəyib.
Minik avtomobilini iki metrədək dərinliyi olan çuxurdan çıxarmaq üçün əraziyə texnika cəlb edilib.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, aprelin 6-dan bağlı olan bu yolda tezliklə təmir işlərinə başlanılacaq:
"Ölkə başçısının sərəncamına əsasən, sel və daşqınlardan zərər çəkən ümumilikdə 25 yol, yol ötürücüsü və digər qurğularda bərpa işləri aparılmalıdır. Hazırda bəzi ərazilərdə işlərə başlanılıb. Həmçinin sərəncamdan irəli gələn digər məsələlərlə bağlı iş aparılır. Yaxın vaxtlarda Xaçmaz rayonunda qeyd edilən yolda da bərpa işlərinə start verilməsi nəzərdə tutulur".
Oxşar xəbərlər
Sumqayıtda oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ata ilə bağlı QƏRAR
Ali Məhkəmədə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə, qanunsuz olaraq silah saxlamada təqsirləndirilən Ərzuman Əhmədovun barəsindəki qərardan verilən...