Bir aydan çox axtarışda olan şəxsin meyiti TAPILDI - Ramilin ölümünün TƏFƏRRÜATI

Bir aydan çox axtarışda olan şəxsin meyiti TAPILDI - Ramilin ölümünün TƏFƏRRÜATI
Video
Hadisə 117

38 gün əvvəl itkin düşən şəxsin meyiti kanaldan tapılıb.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, hadisə Göyçayda baş verib. Belə ki, uzun müddət axtarışlardan sonra rayon sakini 31 yaşlı Ramil Abdullayevin cansız bədəni Yuxarı Şirvan kanalının rayonun Qaraman kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.

Kənd sakini ərazidə qoyunları otararkən suyun üzündə meyit olduğunu görüb və dərhal DİN-nin "102" qaynar xəttinə məlumat verib. Əraziyə rayonun hüquq-mühafizə orqanının əməkdaşları cəlb olunublar və onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mərhumun ailəsinin verdiyi məlumata əsasən Ramil Elşad oğlu Abdullayev mart ayının 3-ü evdən çıxmışdı.

Oxşar xəbərlər

Son xəbərlər