Bir ailənin 5 üzvü kəklikotulu çaydan zəhərləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Qaxda bir ailənin 5 üzvü zəhərlənib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, 1958-ci il təvəllüdlü Xanım Xəlilova, 1982-ci il təvəllüdlü Məhəmməd Xəlilov və Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xİdmətinin Şəki regional qrupundan faktı təsdiq ediblər:
"5 nəfərin qidadan zəhərlənməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Faktla bağlı ilkin araşdırma aparıldıqdan sonra toplanmış materiallar rayon prokurorluğuna göndəriləcək".
Oxşar xəbərlər
Azərbaycanda daha bir göbələk FACİƏSİ: 2 ailə ZƏHƏRLƏNDİ
Qaxda göbələkdən zəhərlənmə hadisəsi olub. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, nəticədə 2 ailənin 6 üzvü zəhərlənib. Hadisənin biri rayonun Ləkit kəndin...