Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi
31
dek
2022
18:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə nəticəsində rayonun Adnalı kənd sakinləri 1988-ci il təvəllüdlü Z.Qürbətov, 1992-ci il təvəllüdlü C.Salmanlı, 2013-cü il təvəllüdlü G.Salmanlı, 2015-ci il təvəllüdlü R.Hümbətov və 2017-ci il təvəllüdlü Y. Hümbətov dəm qazından zəhərləniblər.
Onlar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb, ilkin tibbi yardımdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi
Zaqatalada bir ailənin üç üzvü dəm qazından zəhərlənib. BAKU.WS xəbər verir ki, APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Zaqatal...