Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
BAKU.WS xəbər verir ki, APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Zaqatala şəhəri, Nizami küçəsi 88 ünvanında baş verib. İlkin məlumata görə, həmin ünvanda kirayədə yaşayan rayonun Suvagil kənd sakinləri olan 1988-ci il təvəllüdlü Lena Ramazan qızı Kərimova, onun iki övladı - 2010-cu il təvəllüdlü Polad Eldəniz oğlu Məmmədov və 2012-ci il təvəllüdlü Aylin Eldəniz qızı Məmmədova dəm qazından zəhərlənib.
Zəhərlənənlərdən 9 yaşlı Aylin Məmmədova hadisə yerində ölüb. L.Kərimova və 12 yaşlı P.Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-stabil qiymətləndirilir.
Oxşar xəbərlər
General-mayorun milyonluq mülkləri: Arvadının, qızının, oğlunun... - ŞOK SİYAHI
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyevin üzərinə həbs qoyulmuş əmlaklarının qiymətləndiril...