Binəli Yıldırım Qarabağda qəzaya düşdü - VİDEO - YENİLƏNİB

Binəli Yıldırım Qarabağda qəzaya düşdü - VİDEO - YENİLƏNİB
Video
Hadisə 3145

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Azərbaycanda səfərdə olarkən qəzaya düşən Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyadan olan millət vəkili Şamil Ayrımın, həmçinin avtomobildə olan mühafizəçinin səhhəti barədə məlumat verib.

O, bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Mən onlarla əlaqə saxladım. Öyrəndim ki, onların üçünün də səhhəti yaxşıdır və qəzadan yüngül xəsarətlərlə qurtulublar”, - nazir qeyd edib.

***21:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Qarabağda olan AKP sədrinin müavini Binəli Yıldırım yol qəzasına düşüb.

BAKU.WS “Haber Global”aistinadən xəbər verir ki, Zəngilan Hava Limanı yolunda Binəli Yıldırımın olduğu avtomobil qəzaya uğrayıb.

Qəzaya uğrayan avtomobildən çıxarılan Binəli Yıldırımın səhhətinin yaxşı olduğu bildirilib. Binəli Yıldırım helikopterlə Bakıya gətiriləcək. Oradan isə Türkiyəyə yola salınacaq.

Bundan başqa, qəzaya uğrayan avtomobildə Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrım da olub. Onun da vəziyyətinin yaxşı olduğu bildirilib.

Qeyd edilir ki, qəzaya uğramış nəqliyyat vasitəsinin sürücüsünün də səhhəti yaxşıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər