Biləsuvarın bu kəndi qazsız qalıb

Biləsuvarın bu kəndi qazsız qalıb
Hadisə 16

Biləsuvar rayonunda yeraltı qaz xəttinin zədələnməsi nəticəsində bir kənd qazsız qalıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Əsgərabad kəndində rayon işıq idarəsi tərəfindən işıq dirəkləri basdırılan zaman diametri 160 mm-lik yeraltı orta təzyiqli qaz xəttini zədələnib.

Nəticədə Əsgərabad kəndinin 800 abonentin qaz təchizatı dayandırılıb.

Qəzanı aradan qaldırmaq üçün işlər görülür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər