İmişlidə 9 yaşayış məntəqəsində qazın verilişi bərpa olunub - YENİLƏNİB

İmişlidə 9 yaşayış məntəqəsində qazın verilişi bərpa olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, “Bəhrəmtəpə” daşıyıcı yeraltı kəmərində qaz təminatı müvəqqəti olaraq təmin olunub.
Sabah təmir-bərpa işləri davam etdiriləcək.
*** 12:05
İmişli rayonunda qəza nəticəsində 9 yaşayış məntəqəsi qazsız qalıb.
"Report"un məlumatına görə, "İmişli 1" ölçü qovşağından qidalanan PE 225 mm-lik orta təzyiqli "Bəhrəmtəpə" daşıyıcı yeraltı qaz kəmərininin Rəsullu kəndi ərazisindən keçən hissəsini rabitə xətt çəkən podratçı təşkilata məxsus ekskovator tərəfindən qazıntı işləri aparılarkən zədələnib.
Baş vermiş qəzanın aradan qaldırılması zəruriyyəti ilə əlaqədar, bu gün işlər yekunlaşana qədər İmişli rayonunun 8 kəndində - Rəsullu, Məhəmmədli, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində və Yeni Bəhramtəpə qəsəbəsində (ümumi 6000 abonent) qaz təchizatı daxildən dayandırılıb.
Oxşar xəbərlər
DİQQƏT! Bu gün bu rayonun 23 yaşayış məntəqəsində qaz olmayacaq
Bu gün Göygöl rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bild...