Biləsuvarda “Toyota” ağaca çırpıldı: Xəsarət alan var

Biləsuvarda “Toyota” ağaca çırpılıb, xəsarət alan var.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
"112" qaynar telefon xəttinə Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər
Saray-Novxanı yolunda ağır qəza: Minik və yük avtomobilləri toqquşdular - YENİLƏNİB
Saray qəsəbəsində minik və yük avtomobilləri toqquşub, ölən var. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, “112” qaynar telefon xəttinə...