Biləsuvarda şəhid atası və daha bir nəfər yol qəzasında xəsarət alıb

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bəydili kəndində qeydə alınıb.
Belə ki, Əfsun Əhmədlinin idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən çaya düşüb.
Qəza nəticəsində sürücü və sərnişin Qəhrəman Bağırov suda boğulmaq təhlükəsi ilə üzləşib. Onlar yaxınlıqda olan kənd sakinlərinin köməkliyi ilə sudan çıxarılıblar. Ə.Əhmədli və Q.Bağırov müxtəlif xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, Q. Bağırov Vətən müharibəsi şəhidi Hikmət Bağırlının atasıdır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Türkiyədə güclü zəlzələ – 10 bina dağıldı, dağıntılar altında qalanlar var
Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib. BAKU.WS-in Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, zəlzələnin ocağı...
