Biləsuvarda minik və yük avtomobilləri toqquşdu, xəsarət alanlar var

Biləsuvarda minik və yük avtomobilləri toqquşdu, xəsarət alanlar var
Hadisə 102

Biləsuvar rayonunda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Əsgərabad kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili “Shacman” markalı yük avtomobilinə çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişinləri - Adıyev Alxaz Aslan oğlu, Əhmədov Elmir Nəriman oğlu və Hüseynov Ramiz Səftər oğlu xəsarət alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər