Biləsuvarda “KamAZ” “Mercedes”lə toqquşub - Ölən var
17
mar
2020
20:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, martın 17-də saat 1 radələrində Biləsuvar şəhərinin ərazisində Masallı rayon sakinləri Z.Kişiyevin idarə etdiyi “KamAZ” və Elnur Allahyarovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə “Mercedes”in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü
Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlum...