Biləsuvarda ikimərtəbəli ev yanıb
07
apr
2025
09:54
Biləsuvar rayonunda ev yanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində, Tağı Qasımova məxsus ümumi sahəsi 192 kvadratmetr olan taxta konstruksiyalardan ibarət ikimərtəbəli 6 otaqlı evdə qeydə alınıb.
Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın söndürülərək ətrafa yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Qızına deyilən nalayiq söz qanlı sonluqla bitdi
Kürəkənini öldürməkdə təqsirləndirilən Firdovsi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cin...