Biləsuvarda iki yol qəzası baş verib, xəsarət alanlar var

Biləsuvarda iki yol qəzası baş verib, xəsarət alanlar var
Hadisə 15

Biləsuvar rayonunda xəsarətlə nəticələnən iki yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisələrdən biri rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin aşması nəticəsində sürücü, 1967-ci il təvəllüdlü Asif Qasımov müxtəlif bədən xəsarətləri alıb.

Daha bir qəza isə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Motosiklet “Niva” markalı minik avtomobilinə çırpılıb. Nəticədə motosikletin sürücüsü, 1993-cü il təvəllüdlü Orxan Abışov xəsarət alıb.

Hər iki yaralı rayon xəstəxanasına aparılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər