Biləsuvarda avtomobil kanala aşıb, xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
"Mercedes" markalı avtomobil kanala aşıb, 2 nəfər xəsarət alıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar rayonun giriş hissəsində, yolayrıcında baş verib.
Bakı şəhər sakini İslam Vidadi oğlu Hüseynov "Mercedes-190" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı kanala aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər Nigar İxtiyar qızı Hüseynova və Məmmədhəsən Əhmədağa oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...