Biləsuvarda 16 kq narkotik aşkarlanıb
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən xəbərə görə, tədbir zamanı 32 yaşlı Şəhriyar Cahangirli və 33 yaşlı Əli Quliyev saxlanılıblar. Onlardan 12 kiloqramdan artıq marixuana, həşiş və tiryək aşkarlanıb.
Həyata keçirilən digər əməliyyat zamanı isə 30 yaşlı Samir Muradov da analoji cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Həmin şəxsdən 4 kiloqram marixuana, tiryək və psixotrop tərkibli həblər aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Oxşar xəbərlər
Sumqayıtda polis qayda pozan avtobus sürücülərini şöbəyə dəvət edib
Sumqayıtda polis qayda pozan avtobus sürücülərinə qarşı reyd keçirib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, son zamanla...