“Bıçağı qızdırıb, əlimin üstünə basdı” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda döyüldüyü deyilən məktəbli uşaqla bağlı BAKU.TV araşdırma aparıb.
BAKU.WS həmin reportajı təqdim edir:
“Biz oturmuşduq evdə. Gördük ağlaşma səsi gəldi. İçəri keçdik, gördük, uşaq ağlayır və atalığı deyir ki, remenim qırıldı səni döyməkdən, niyə ağıllanmırsan. Bu hal tez-tez baş verdi, anam da keçdi onlara, dedi ki, niyə belə edirsiniz, bu vaxt qapı açıldı, uşaq qaçdı gəldi anamı qucaqladı ki, nənə, qoyma əlimi yandırdı, kömək elə”, - deyə hadisənin şahidi olan qonşu Rəşidə Səmədova bildirib.
Qonşular deyir ki, uşağın ana və atalığı onlara təzyiq göstərirlər. İddia olunur ki, hətta ögey ata qonşulara fiziki zorakılıq göstərib.
“Biz polisə məlumat verdik, əməkdaşlar gələnə qədər ana və ögey ata gələrək üstümüzə hücum çəkdilər. Nənəmin qoluna xəsarət yetiriblər. Mənim əlimə xəsarət yetiriblər. Bilirsiniz, biz uşağı danışdırdıq, uşaq dedi ki, ata bıçağı qoydu qazın üstünə, qızdırıb əlimin üstünə basdı, yumruqla da alnıma vurdu”, - deyə Rəşidə Səmədova bildirib.
Məsələyə aidiyyətli qurumlar dərhal reaksiya verib. Ögey ata və adı hadisədə hallanan şəxslərin hər biri Sumqayıt Şəhər Polis idarəsinə dəvət olunub və izahatları alınıb. Azyaşlının işgəncəyə məruz qaldığı iddiası sübut olunarsa, məsələyə hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...