Bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Hadisə 2072

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına xəbərdarlıq edib.

BDYPİ-dən BAKU.WS-ə daxil olan məlumatda deyilir:

"Hazırda müşahidə olunan yağıntılı hava şəraiti, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 23-24-də Bakıda və Abşeron yarımadasında sulu qar, eləcə də respublikanın şimal və qərb bölgələrinin dağlıq və dağətəyi rayonlarında bəzi yerlərdə qar yağacağı və yolların buz bağlayacağı barədə məlumatını nəzərə alaraq, yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə şinlərinin mövsümə uyğunluğunu təmin etməyi, hərəkət zamanı meteoroloji şəraiti düzgün qiymətləndirməyi və yol hərəkəti qaydalarına dəqiqliklə riayət etməyi xahiş edir.

Digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumununa görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Vaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ

Vaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ

"Hava şəraitinin kəskin dəyişməsi yollarda sürüşmə ehtimalı yaradır. Belə hava şəraitini nəzərə alaraq sürücülərə tövsiyə edirik ki, enişli-yoxuşlu, sərt döngəl...

3 Hadisə 11:23 11 fevral 2020

Son xəbərlər