Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mərdəliyev Ceyhun Dadaxan oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Bolqarıstan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Ceyhun Mərdəliyevin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.
"07.02.2025-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ceyhun Mərdəliyev Bolqarıstandan ölkəmizə gətirilib", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarş...