Beyləqanda dəhşətli namus cinayəti

10
iyn
2019
20:55
Beyləqanda qətl törədilib.APA-nın verdiyi xəbərə görə, hadisə rayonun Sarısu qəsəbəsində qeydə alınıb. Ağayev Ramil Sakit oğlu avtomatla həmyerlisi Məmişov Elmir Əliyar oğlunu güllələyib. 20-dən çox güllə yarası alan E.Məmişov hadisə yerindəcə keçinib.R.Ağayev polisə gedərək könüllü təslim olub.İlkin məlumatlara görə, R.Ağayevlə E.Məmişovun ailələri arasında namus üstündə köhnə ədavət olub. Həmin ədavətdən sonra E.Məmişovun ailəsi kəndi tərk edib. Lakin E.Məmişov bir neçə gün əvvəl kəndə qayıdıb. Bundan xəbər tutan R.Ağayev onu öldürüb.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxşar xəbərlər
Nazirlik əməkdaşı qeyrət üstündə öldürüldü YENİLƏNİB
35 yaşlı Emin Vəli oğlu Kərimovu öldürən şəxsin kimliyi məlum olub.BAKU.WS xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından “oxu.az”a bildirilib.Verilən m...