Beyləqanda bazarda baş vermiş yanğın zamanı 13 nəfər tüstüdən zəhərlənib - Xəsarət alanlar var
 
                            Gecə saatlarında Beyləqan rayonun bazarında baş verən yanğın zamanı xəsarət alan və tüstüdən zəhərlənənlər olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, yanğının söndürülməsinə cəhd edən şəxslərdən 2004-cü il təvəllüdlü Şirinzadə Məhəmməd Mehman sol ayağın 1-ci barmağının kəsilmiş yarası, 1984-cü il təvəllüdlü, Səfərov Dəyanət Taleh oğlu sol biləyin kəsilmiş-cırılmış yarası, Hacızadə Sənay sol qolun mismarla cırılmış yarası ilə xəsarət alıblar.
2005-ci il təvəllüdlü Əlizadə Rəşad Habil oğlu, Behbudova Şəfiqə Əsgər qızı (1972), Baxışlı Əyyub Arif oğlu (1992), Yunisov Ramiz Ramil oğlu (2001), Kazımov Ceyhun Əli oğlu (1986), Şirinov Arif Rövşən oğlu (2020), Bayramov Nihad Elməddin oğlu (2005), Bəhrəmli Kamran Əli oğlu (1995), Məmmədov Fəzail Əbil oğlu (1982), Behbudov Niyazi Qaraca oğlu (1970), Mehdiyev Elgün Zöhrab oğlu (2005), Balakişiyev İbadət Samir oğlu (1985), Əlizadə Vüqar Ramil oğlu (2007) tüstü zəhərlənməsi ilə Beyləqan mərkəzi xəstəxanasına yerləşdiriliblər. Müraciət edənlərə tibbi müdaxilələr edilib.
Hazırda faktla bağlı aidiyyatı qurumların araşdırması aparılır.
Oxşar xəbərlər
"Dedi ki, kişilərlə danışırsan, bıçağı soxdu anasına" - Xaçmazdakı qətlin TƏFƏRRÜATI
Xaçmaz rayonunun Çaykənarı kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. Kənd sakini Həqiqət Məmmədova bıçaqlanaraq öldürülüb. Hadisəni qadının 17...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    