Beyləqan sakini "Kalaşnikov"la tutuldu - FOTO

Beyləqan sakini Kalaşnikovla tutuldu - FOTO
Foto
Hadisə 75

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinində "Kalaşnikov" avtomatı aşkarlanıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri ilə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Əli Allahverdiyev idarə etdiyi avtomobildə saxlanılıb.

Aparılan axtarış zamanı avtomobildən texniki cəhətdən işlək və atəşə tam yararlı "AK-74" markalı avtomat, həmin silaha məxsus daraq və 7,62 çaplı 30 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, Ə.Allahverdiyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər