Beş yaşlı Onurun faciəli ölümünün TƏFƏRRÜATI
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunun Uzuntəpə kəndində bədbəxt hadisə baş verib.
Kənd sakini, 5 yaşlı Zamanov Onur Amil oğlu həyətdə oynadığı zaman bir müddət nəzarətsiz qalıb. Az sonra onun evin ətrafından uzaqlaşdığı müəyyən edilib. Ailə üzvləri və yaxınları azyaşlını axtarmağa başlayıblar, lakin onu tapmaq mümkün olmayıb. Daha sonra uşağın evdən o qədər də uzaq olmayan su anbarına qədər gedib çıxdığı məlum olub. Onun cansız bədəni də elə oradakı kanalda aşkarlanıb.
Mərhumun qohumunun sözlərinə görə, ailə mehriban və qayğıkeş olub:
"Ailəsi üçün ağır dərddir. Normal, övladının qayğısına qalan bir ailədir. Uşaq valideynlərinin gözündən yayınıb, yaxınlıqdakı gölün ətrafına gedib və ayağı sürüşərək suya düşüb. Hadisədən heç kimin xəbəri olmayıb".
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....