Bərdədəki faciənin TƏFƏRRÜATI: “Qadınların çoxu qorxudan huşunu itirmişdi” - YENİLƏNİB + FOTO/VİDEO

Bərdədəki faciənin TƏFƏRRÜATI: “Qadınların çoxu qorxudan huşunu itirmişdi” - YENİLƏNİB + FOTO/VİDEO
Video
Hadisə 4

“Xəsarət alanlar arasında vəziyyəti ağır olan yoxdur, bir nəfər kənd sakini ölüb”.

Bu barədə Oxu.Az-a Bərdədə yas mərasimi keçirilən evin döşəməsinin çökməsi ilə əlaqədar danışarkən RİH başçısının Yeni Daşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Cahangirov məlumat verib.

İcra nümayəndəsi özünün də yas yerində olduğunu bildirib və hadisənin təfərrüatlarını danışıb:

“Ev sahibi Əliyev Əliyar Əliş oğlunun yasına yığışmışdıq. 65 yaşı var idi.

Evin yuxarı mərtəbəsində 30 nəfərə yaxın qadın əyləşmişdi. Say çox olduğundan, döşəmə çöküb. Evin birinci mərtəbəsi zirzəmi kimi istifadə edilir və hündürlüyü iki metrdən yüksəkdir. Aşağı mərtəbədə heç kim olmayıb. Bizdə olan məlumata görə, xəsarət alanların arasında vəziyyəti ciddi olan yoxdur. Sadəcə mərasimdə iştirak edən qadınların bir çoxu qorxudan huşunu itirib, bəziləri isə xəstəxanaya yerləşdiriliblər.

Yas mərasimində iştirak edənlərin hamısı kənd sakinləridir”.

İcra nümayəndəsi evin köhnə tikili olmadığını da vurğulayıb:

“Ev yeni tikilib, köhnə deyil. Sadəcə döşəmənin yükü çox olub, ona görə çöküb. Ev sakinləri xəsarət almayıblar”.

***15.30

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib.

TƏBİB-dən BAKU.WS-ə verilən məlumata görə, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

Əlavə məlumat veriləcək.

***14.23

TƏBİB Bərdə rayonunda baş verən hadisədə xəsarət alan vətəndaşlarla bağlı məlumat açıqlayıb.

TƏBİB-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

Ətraflı1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

***14.22

Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, rayonun Yenidaşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanıb.

Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.

İlkin məlumata görə, hadisə zamanı 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.

Son xəbərlər