Bərdədə oğulun atasını tüfənglə öldürməsi hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 29-u saat 23 radələrində Bərdə rayonu, Mirzəcəfərli kənd sakini 1970-ci il təvəllüdlü Bulud Fərzəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Bərdə rayon prokurorluğundan məlumat verilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 2000-ci il təvəllüdlü Kənan Fərzəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Bulud Fərzəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kənan Fərzəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda oğul atasını güllələyib - RƏSMİ
Bərdə Rayon Polis Şöbəsinə mayın 29-da saat 23 radələrində Mirzəcəfərli kəndində Bulud Fərzəliyevin öldürülməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliy...