Azərbaycanda iş adamı qətlə yetirildi - RƏSMİ AÇIQLAMA - TƏFƏRRÜAT - YENİLƏNİB
Ötən gün axşam saat 22 radələrində Göyçay şəhərində 1979-cu il təvəllüdlü Şükürov Cavanşir Hüseyn oğlunun güllələnərək qətlə yetirilməsinin təfərrüatları üzə çıxıb.
BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, qətlə yetirilmiş şəxs biznesmen olub və onun həmyerlisi, Göyçayda “Vicay” ləqəbi ilə tanınan 1985-ci il təvəllüdlü Nicat Əliyevlə biznes münasibəti olub.
Belə ki, hər iki şəxs Rusiyaya meyvə satışı biznesi ilə məşğul olub və aralarındakı mübadiləyə görə pul mübahisəsi yaranıb. Bir-birlərinə olan borca görə məsələni aydınlaşdırmaq istəyən həmkarlar Göyçay şəhərindəki kafedə görüşüblər. Bu zaman mübahisə münaqişəyə çevrilib və “Vicay” ləqəbli şəxs iş adamı Cavanşir Şükürova odlu silahdan atəş açaraq onu qətlə yetirib.
Bildirilir ki, qətlə yetirilən şəxs ziyalı ailəsindəndir və onun qardaşı Göyçayda tanınmış həkimlərdən olan Taleh Şükürovdur. T.Şükürov hazırda rayon xəstəxanalarından birində rəhbər vəzifədə çalışır.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
***09:28
Göyçay Rayon Prokurorluğu iş adamının qətli ilə bağlı məlumat yayıb.
Prokurorluqdan BAKU.WS-ə daxil olan məlumatda deyilir:
"Fevralın 22-də saat 22 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Cavanşir Şükürovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir".
Qeyd edək ki, qətlə yetirilən Cavanşir Şükürov iş adamı olub.
Oxşar xəbərlər
Kirayə evə qadın gətirdi, ev sahibi polisə xəbər verdi və... - Dəhşətli qətlin təfərrüatı
Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb. BAKU.WS “teleqraf.com”a istina...