Bərdədə məktəb binası uçub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə rayonunda məktəb binası uçub.
BAKU.WS APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Mehdili kənd tam orta məktəbində baş verib. Mehdili kənd ərazi nümayəndəsi, Rəhim Kazımov APA-ya bildirib ki, məktəb binası 3 gündür, hissə-hissə uçmağa başlayıb. Sonuncu uçqun idman zalında baş verdiyi üçün xəsarət alan olmayıb.
200 şagirdin təhsil aldığı 360 yerlik məktəb binasının növbəti ildən tikintisinə başlanacaq. R.Kazımov onu da bildirib ki, şagirdlərin təhsilini davam etdirməsi üçün ən qısa müddətdə sinif otaqları quraşdırılacaq.
Qalereya
Oxşar xəbərlər
Bakıda şagirdin müəllimi tərəfindən döyülməsi xəbərinə RƏSMİ cavab
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən 321 nömrəli tam orta məktəbdə şagirdin müəllimi tərəfindən döyülməsi xəbərinə rəsmi münasibət bildirilib...