Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Bərdə rayonuna raket atması nəticəsində mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) bir əməkdaşı həlak olub, biri isə ağır yaralanıb
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
Qeyd edək ki, bu gün Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Nəticədə, 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.
Oxşar xəbərlər
Ermənistanın mülki əhaliyə vurduğu ziyanla bağlı növbəti rəsmi məlumat
Fövqəladə Hallar Nazirliyi (FHN) Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş vermiş fəsadlarla bağlı həyata keçirdiyi əməliyyatlara dair məlumat y...