Bərdədə ata və oğul bıçaqlandı

Bərdədə ata və oğul bıçaqlandı
Hadisə 140

Bərdədə ata və oğul bıçaqlanıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində baş verib.

Belə ki, rayonun Məmmədli kənd sakinləri 1973-ci il təvəllüdlü Hacıyev Namiq və övladı 2003-cü il təvəllüdlü Hacıyev Ümüd həmkəndlisi Məmmədov Ruslan tərəfindən bıçaqlanıblar.

Hər iki yaralı kənd sakinlərinin köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər