Bərdədə AĞIR QƏZA - Ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdədə iki avtomobil toqquşub, ölən və yaralananlar var.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Əyricə kəndi ərazisində baş verib.
Belə ki, “VAZ 2107” markalı avtomobillə “Ford Fusion” markalı minik avtomobili toqquşub.
Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü Eldəniz Məmmədov dünyasını dəyişib, daha iki nəfər yaralanıb.
Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Bakıda qadın kafedə tanış olduğu kişini evinə gətirdi, keçmiş əri isə... - Şok təfərrüat
Bakının Sabunçu rayonunda 1993-cü il təvəllüdlü Eldəniz şəxsi münasibətlər zəminində Əmiri (adlar şərti verilib - red.) qətlə yetirib. BAKU.WS bildirir ki, “tel...