Bələdiyyə sədri vəfat etdi

Cəlilabad rayonunun Günəşli kənd bələdiyyəsinin sədri Vaqif Talıbov vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.
Bildirilib ki, o, orqanizmində yenicə aşkarlanmış xərçəng xəstəliyi səbəbindən martın 28-də dünyasını dəyişib.
Mərhum kənd qəbristanlığında dəfn olunub.
Qeyd edək ki, V.Talıbov bu il bələdiyyə sədri seçilmişdi. O, əvvəllər "Cəlilabad-Şərab-9" Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi olub, daha əvvəllər isə kənd məntəqə seçki komissiyasının sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, Günəşli kənd bələdiyyəsinin bundan əvvəlki sədri Fəxrəddin Cəfərov da ötən ilin noyabrında xəstəlikdən vəfat edib.
Oxşar xəbərlər
Göyçayda kişi ögey qızına təcavüz edib? - Polis araşdırmalara BAŞLADI
Göyçay rayonunda bir kişinin ögey qızına qarşı zorakılıq etməsi barədə məlumat yayılıb. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, rayon ərazisində 2009-cu i...
