BDU-nun professoru vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professoru Hidayət Hüseynov vəfat edib.
Hidayət Hüseynov 1951-ci il yanvarın 20-də anadan olub. 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda aspirant olub. 1976-1990-cı illərdə Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi və baş elmi işçi vəzifələrində çalışıb. 1990-cı ildən indiyədək BDU-nun Tətbiqi riyaziyyat kafedrasında işləyib.

1978-ci ildə "Dirak tənliklər sistemi üçün səpilmə nəzəriyyəsinin tərs məsələsi" mövzusunda namizədlik, 1998-ci ildə "Adi diferensial tənliklər üçün Yost tipli həllin göstərişləri və tərs məsələlər" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Əsas tədqiqat sahəsi diferensial operatorların spektral analizi, tərs məsələlər olan professor Hidayət Hüseynov 70-dən çox məqalənin müəllifi idi. 7 elmlər namizədi, 3 elmlər doktoru yetişdirib.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Raqif Abbasovun məhkəməsində nazirliyin vəsatəti təmin edilmədi
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan c...
