BDU-nun müəllimi vəfat edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Nərgiz Abas qızı Abasova vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
Qeyd edək ki, Nərgiz Abasova 1962-ci ildə Bakıda anadan olub. 1994-1998-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil alıb. O, 2008-ci ildən 2015-ci ilə qədər Kriminalistika və məhkəmə ekspertizası kafedrasında laboratoriya müdiri işləyib.
Nərgiz Abasova eyni zamanda müəllim kimi “Kriminalistika”, “Məhkəmə ekspertizası” və “Əməliyyat axtarış hüququnun əsasları” fənlərini tədris edib. 12 elmi məqalənin müəllifi və 2 dərsliyin, 6 dərs vəsaitinin, 3 proqramın həmmüəllifi olub.
Oxşar xəbərlər
Leyla Gərayzadə vəfat etdi - FOTO
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərayzadə vəfat edib. BAKU.WS xəbər verir ki, bu b...