Bayram günü əməliyyat zamanı 27 nəfər saxlanılıb

Bayram günü əməliyyat zamanı 27 nəfər saxlanılıb
Hadisə 829

Martın 21-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 14, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Oxşar xəbərlər

Bayram günündə yol qəzalarında 2 nəfər ölüb

Bayram günündə yol qəzalarında 2 nəfər ölüb

Martın 20-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub....

71 Hadisə 10:18 21 mart 2023

Son xəbərlər