Axtarışda olan 91 nəfər saxlanılıb

Sentyabrın 9-da ölkə ərazisində qeydə alınan 103, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarılan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 85, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.
Oxşar xəbərlər
Polis borcu olan 60 nəfəri saxladı
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat...
