Baş prokurorun birinci müavini vətəndaşları qəbul edəcək

Baş prokurorun birinci müavini vətəndaşları qəbul edəcək
Hadisə 301
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il noyabrın 8-də saat 10:00-da Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi və Laçın rayon sakinlərinin qəbulunu keçirəcək.Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Bildirilir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağcabədi rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Baş prokuror Siyəzəndə vətəndaş qəbulu keçirib

Baş prokuror Siyəzəndə vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və hə...

1042 Sosial 15:34 25 oktyabr 2019

Son xəbərlər