Baş Prokurorluq Şabran sakininin aldadılması ilə bağlı araşdırmalara başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokurorluq Şabran rayon sakininin aldadılaraq adına VÖEN açılması ilə bağlı hadisəyə münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Şabran rayon sakini Elvin Rəsulovun tanışı tərəfindən aldadılaraq vergi ödəyicisi kimi qeydə aldırılması, adından müəyyən idxal əməliyyatlarının həyata keçirilməsi və nəticədə külli miqdarda vergi borclarının yaranması ilə bağlı Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aidiyyatı strukturları ilə birgə araşdırma aparılır.
Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir.
Xatırladaq ki, Şabran şəhər Cəlil Məmmədquluzadə küçəsi, ev 4 ünvanında yaşayan Elvin Rəsulov bir yerdə xidmət etdiyi əsgər yoldaşı Allahverən Musayev tərəfindən aldadıldığını iddia edib.
O bildirib ki, kredit almaq üçün Allahverən Musayevdən kömək istəyib. O da fürsətdən istifadə edib, Elvindən etibarnamə alaraq onun adına VÖEN açdırıb.
Sonradan məlum olub ki, təxminən iki il əvvəl Allahverən Musayev, Elvini aldadandan sonra onun adına xaricdən mal gətirib. Bundan sonra Elvinin adına vergi borcları yığılıb. Elvinə 100 min manatdan çox vergi borcu olduğu bildiriləndən sonra o, tanışı Allahverənlə heç cür əlaqə qura bilməyib.
Oxşar xəbərlər
Adına şirkətlər açılıb, 100 min manat borc var, amma özünün xəbəri yoxdur - VİDEO
Şabran rayon sakini Elvin Rəsulov tanışı tərəfindən aldadılıb, adına 100 min manatdan çox vergi borcu yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə "Xəzər" TV-nin...