Baş nazir bu idarələri ləğv etdi - SİYAHI
30
iyl
2019
09:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Baş nazir Novruz Məmmədov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) strukturunu yeni redaksiyada təsdiq edib.BAKU.WS xəbər verir ki, qərarın mətni Nazirlər Kabinetinin saytında dərc olunub.Sənədə əsasən, “Azərsu” ASC-nin tabeliyində, “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı sukanal idarələrinin bazasında 1 №-li, Şamaxı, Ağsu, Ucar, Zərdab,Kürdəmir və Qobustan sukanal idarələrinin bazasında 2 №-li, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara sukanal idarələrinin bazasında 3 №-li, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Hacıqabul, Salyan və Cəbrayıl sukanal idarələrinin bazasında 4 №-li, Bərdə, Ağdam,Tərtər, Ağcabədi, Laçın, Beyləqan, Füzuli və Xocavənd sukanal idarələrinin bazasında 5 №-li, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı sukanal idarələrinin bazasında 6 №-li,Yevlax, Göygöl, Samux, Naftalan, Goranboy, Kəlbəcər, Xocalı və Daşkəsən sukanal idarələrinin bazasında 7 №-li və Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax sukanal idarələrinin bazasında 8 №-li regional sukanal idarələri yaradılır.Qərarla “Azərsu” ASC-nin İstehsalat-Texniki Komplektləşdirmə İdarəsinin adı dəyişdirilərək “Anbar Təsərrüfatı İdarəsi” adlandırılıb.“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC onun tərkibində hüquqi şəxslər kimi fəaliyyət göstərən “Göyçay Sukanal” TSC və “Ağdaş Sukanal” TSC-nin ona qoşulmaları şəklində yenidən təşkil edilib.MMC hüquq varisliyi qaydasında ona qoşulan “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin bütün hüquq və öhdəliklərini öz üzərinə götürüb.“Göyçay Sukanal” TSC və “Ağdaş Sukanal” TSC-nin “Birləşmiş Sukanal” MMC-yə qoşulmaları ilə bağlı təhvil aktlarının təsdiq edilməsi səlahiyyəti “Azərsu” ASC-nin sədrinə verilib.Bundan başqa, “Birləşmiş Sukanal” MMC-nin nizamnamə kapitalı “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin nizamnamə kapitalları miqdarında artırılıb.
Oxşar xəbərlər
Gələn ay nazirlərin qəbuluna düşmək istəyənlərin nəzərinə
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb.Vətəndaşların qaldırdıq...