Baş Prokurorluq Omanda həbs edilən İran vətəndaşı ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Omanda həbs edilən İran vətəndaşı ilə bağlı məlumat yaydı
Hadisə 201

Omanda həbs edilən İran vətəndaşının Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, Baş Prokurorluğun İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi İran vətəndaşı Azadfar Mehdi Mohammadrezanın ekstradisiyası haqqında vəsatəti beynəlxalq hüququn qarşılıqlı yardım prinsipinə uyğun olaraq Oman Sultanlığının Maskat Apellyasiya Məhkəməsi tərəfindən təmin edilib.

Belə ki, fiqurantın külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq həbsli axtarışa verilib.

Şəxs ötən ilin may ayında Omanda müəyyən edilərək həbs olunub və hazırda təqsirləndirilən şəxsin Azərbaycana gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.

Oxşar xəbərlər

Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib

Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib

Bakı və ayrı-ayrı rayonlarda dekabrın 5-də 64 odlu silah-sursat aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, beş avtomat,...

17 Hadisə 23:12 06 dekabr 2025

Son xəbərlər